1 noyabr 2026. Bazar günü

“Real” “Mançester Yunayted”in 16 yaşlı futbolçusunu transfer etmək istəyir


  • Transfer
  • 23:30 31.10.2026
  • Oxunma sayı: 49
“Real” “Mançester Yunayted”in 16 yaşlı futbolçusunu transfer etmək istəyir

“Mançester Yunayted”in 16 yaşlı hücumameyilli yarımmüdafiəçisi Cey-Cey Qabriel PSJ-nin yaxşılaşdırılmış müqavilə təklifini rədd edib. 

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Goal” portalı məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Qabriel və onun nümayəndələri maliyyə şərtlərinin yaxşılaşdırılmasına baxmayaraq, mövqelərini dəyişmədiklərini PSJ-yə bildiriblər. Futbolçu karyerasını İspaniyada davam etdirməyə üstünlük verir və bu ölkədə daha yaxşı inkişaf edə biləcəyini düşünür.  Hazırda gənc futbolçunun transferində Madrid “Real”ı əsas namizəd hesab olunur.

“Real”ın gənc oyunçuya ümumi dəyəri 10 milyon avrodan çox olan üçillik müqavilə təklif etməyə hazır olduğu bildirilir. Bu məbləğ futbolçuya ödəniləcək vəsaiti əhatə edir, “Mançester Yunayted”ə ödəniləcək transfer haqqını deyil.

Qabriel əsas komandada kifayət qədər oyun vaxtı əldə etməməsindən narazı qaldığı üçün hələ sentyabr ayında İngiltərə klubundan ayrılmaq istəyini bildirib. “Real” transfer yarışında üstün mövqedə olsa da, keçid hələ razılaşdırılmayıb. Futbolçunun 18 yaşı tamamlanmamış transferin baş tutması üçün bir sıra inzibati məsələlər həll edilməlidir.

Qeyd edək ki, Qabriel klubdan ayrılacağı təqdirdə “Mançester Yunayted” onun yetişdirilməsinə görə təxminən 420 min avro kompensasiya alacaq.







Transfer