- Transfer
- 15:50 01.11.2026
“Bavariya”nın yarımmüdafiəçisi Lennart Karl karyerasını İngiltərədə davam etdirə bilər.
90deqiqe.Az-ın “Teamtalk” nəşrinə istinadən məlumatına görə, gənc futbolçuya Premyer Liqa klublarından birinin maraq göstərir.
18 yaşlı yarımmüdafiəçinin transferində “Mançester Yunayted” maraqlıdır. Bununla belə, Münhen təmsilçisi istedadlı futbolçusunu İngiltərə klubuna buraxmağı planlaşdırmır.
Lennart Karl 2025-ci ilin yayından “Bavariya”nın əsas komandasında çıxış edir. Tərəflər arasında qüvvədə olan müqavilənin müddəti 2029-cu il iyunun sonunda başa çatır. Futbolçunun transfer dəyəri 60 milyon avro qiymətləndirilir.
Karl cari mövsümdə Almaniya çempionatında yeddi oyunda meydana çıxıb və bir qol vurub.