- Transfer
- 23:40 02.11.2026
“Mançester Yunayted” rəhbərliyi komandanın qapıçı mövqeyini gücləndirməyi nəzərdən keçirir.
90deqiqe.Az-ın məlumatına görə, “qırmızı şeytanlar”ın diqqətində “Ştutqart”da çıxış edən 20 yaşlı qapıçı Dennis Zaymen var.
Məlumata görə, almaniyalı qolkiperin transferi uğrunda mübarizədə İngiltərə klubu ilə yanaşı, Milan “İnter”i və Madrid “Atletiko”su da maraqlıdır.
Zaymenin “Ştutqart”la müqaviləsi 2029-cu ilin iyununun sonunadək qüvvədədir. Qapıçının transfer dəyəri 10 milyon avro qiymətləndirilir.
Dennis cari mövsümdə Almaniya Bundesliqasında dörd oyun keçirib və bu matçlarda qapısında altı qol görüb.