2 noyabr 2026. Bazar ertəsi

“Mançester Yunayted” “Komo”nun futbolçusu ilə maraqlanır


  • Transfer
  • 22:45 02.11.2026
  • Oxunma sayı: 42
“Mançester Yunayted” “Komo”nun futbolçusu ilə maraqlanır

“Komо”nun hücumameyilli yarımmüdafiəçisi Nikolas Pas karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın “El Nacional” nəşrinə istinadən məlumatına görə, gənc argentinalı futbolçu “Mançester Yunayted”in maraq dairəsindədir.

Məlumata əsasən, İngiltərə nəhəngi artıq yanvarda Pasın transferi üçün “Komo”ya böyük məbləğdə təklif göndərə bilər. Klubda 22 yaşlı yarımmüdafiəçinin Bruno Fernandeşin əvəzləyicisi ola biləcəyini düşünürlər.

Qeyd olunur ki, Madrid “Real”ının futbolçunu 80 milyon avroya geri almaq hüququ var.

Nikolas Pas cari mövsümdə bütün turnirlərdə 12 matçda iştirak edib. O, bu görüşlərdə beş qol vurub və altı məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer