3 noyabr 2026. Çərşənbə axşamı

“Çelsi” “Bornmut”un yarımmüdafiəçisi üçün 120 milyon avrodan çox təklif edə bilər


  • Transfer
  • 22:53 02.11.2026
  • Oxunma sayı: 33
“Çelsi” “Bornmut”un yarımmüdafiəçisi üçün 120 milyon avrodan çox təklif edə bilər

“Bornmut”un mərkəz yarımmüdafiəçisi Aleks Skott “Çelsi” klubuna keçə bilər.

90deqiqe.Az-ın məlumatına görə, “zadəganlar” 23 yaşlı futbolçunun transferi uğrunda səylərini artırıb. Skott London təmsilçisinin əsas transfer hədəflərindən birinə çevrilib.

Bildirilir ki, “Çelsi” yarımmüdafiəçinin keçidi üçün 120 milyon avrodan artıq təklif etməyə hazırdır.

Aleks Skott cari mövsümdə bütün turnirlərdə altı matçda meydana çıxıb. O, bir qol vurub və iki məhsuldar ötürmə verib.

Qeyd edək ki, futbolçunun “Bornmut”la hazırkı müqaviləsi 2028-ci ilin iyununun sonunadək qüvvədədir.







Transfer