3 noyabr 2026. Çərşənbə axşamı

Mourinyo “Arsenal”ın müdafiəçisini “Real”da görmək istəyir


  • Transfer
  • 23:01 02.11.2026
  • Oxunma sayı: 63
Mourinyo “Arsenal”ın müdafiəçisini “Real”da görmək istəyir

Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo “Arsenal”ın müdafiəçisi Rikkardo Kalafiorinin transferində maraqlıdır.

90deqiqe.Az-ın “TEAMtalk” nəşrinə istinadən məlumatına görə, “Real” italiyalı futbolçunun çıxışını yaxından izləyir və artıq onun ətrafına transfer marağı barədə məlumat verib.

Mourinyo Kalafiorini dünyanın ən yaxşı sol cinah müdafiəçisi hesab edir. Bununla belə, “Arsenal” italiyalı futbolçunu satmaq niyyətində deyil. London klubu 2027-ci ildə oyunçu ilə yeni müqavilənin şərtlərini müzakirə etməyi planlaşdırır.

Bildirilir ki, “Real” alternativ variant kimi “Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiolu da nəzərdən keçirir.

24 yaşlı Kalafiori cari mövsümdə bütün turnirlərdə 11 matçda iştirak edib, iki qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

 







Transfer