3 noyabr 2026. Çərşənbə axşamı

“Milan” “Real”ın hücumçusunu icarəyə götürə bilər


  • Transfer
  • 23:22 02.11.2026
  • Oxunma sayı: 41
“Milan” “Real”ın hücumçusunu icarəyə götürə bilər

Madrid “Real”ının əsas heyətində müntəzəm yer ala bilməyən braziliyalı hücumçu Endrik karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, 20 yaşlı futbolçunun yanvar ayında icarəyə göndərilməsi real variant olaraq qalır. “Milan” braziliyalı hücumçunun mümkün keçid ünvanlarından biri kimi nəzərdən keçirilir.

Son qərarı futbolçunun özü verəcək.

Endrik cari mövsümdə İspaniya çempionatında üç oyunda iştirak edib, lakin qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.

Qeyd edək ki, braziliyalı hücumçunun transfer dəyəri 40 milyon avro qiymətləndirilir. Onun “Real”la müqaviləsi 2030-cu ilin iyununun sonunadək qüvvədədir.







Transfer