3 noyabr 2026. Çərşənbə axşamı

“Udineze”nin yeni baş məşqçisinin adı bəlli oldu


  • Transfer
  • 23:32 02.11.2026
  • Oxunma sayı: 56
“Udineze”nin yeni baş məşqçisinin adı bəlli oldu

“Udineze” klubu baş məşqçi Kosta Runyaiçlə yollarını ayırıb  

90deqiqe.Az-ın məlumatına görə, onun yerinə Paolo Zanetti təyin olunub.

Məşqçi ilə 30 iyun 2027-ci ilə qədər müqavilə imzalanı

Almaniyalı mütəxəssisin istefaya göndərilməsi ilə bağlı qərar bir neçə günlük müzakirələrdən sonra bazar ertəsi qəbul edilib. Runyaiç komandanı ardıcıl səkkiz qələbəsiz oyundan sonra tərk edir. “Udineze” cari İtaliya A Seriyası mövsümündə yeganə qələbəsini avqustun 29-da “Montsa” üzərində qazanıb.

Mütəxəssisin rəhbərliyi altında keçirilən son matçda “Udineze” öz meydanında “Roma”ya 2:5 hesabı ilə məğlub olub. Çempionatın 10 turundan sonra beş xal toplayan komanda əlavə göstəricilərə görə aşağı liqaya düşmə zonasından kənarda qərarlaşıb.

Qeyd edək ki, Paolo Zanetti fevral ayından bəri işsizdir. O, həmin vaxt “Verona”nın baş məşqçisi vəzifəsindən azad olunub.

 







Transfer