- Transfer
- 23:40 02.11.2026
Türkiyənin “Fənərbağça” klubu portuqaliyalı mütəxəssis Serjiu Konseysaunu baş məşqçi postuna gətirməyi nəzərdən keçirir.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, İstanbul təmsilçisi artıq 51 yaşlı məşqçi ilə əlaqə saxlayıb və ona komandaya rəhbərlik etməsi üçün ikiillik müqavilə təklif edib.
Xatırladaq ki, “Fənərbağça”nın əvvəlki baş məşqçisi İsmail Kartal “Qalatasaray”la derbidəki məğlubiyyətdən sonra vəzifəsini tərk edib. Mətbuatda yayılan xəbərlərə əsasən, onu Dirk Kuyt da əvəz edə bilər.
Serjiu Konseysaunun son iş yeri Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu olub. O, daha əvvəl “Nant”, “Braqa”, “Milan” və “Portu” komandalarını çalışdırıb. Mütəxəssis məşqçilik karyerasının yeddi ilini “Portu”da keçirib.