4 noyabr 2026. Çərşənbə

“Arsenal” “Hall Siti”nin futbolçusunu transfer etmək istəyir


  • Transfer
  • 23:33 03.11.2026
  • Oxunma sayı: 18
“Arsenal” “Hall Siti”nin futbolçusunu transfer etmək istəyir

“Arsenal” klubu “Hall Siti”nin cinah hücumçusu Məhəmməd Bəşir Bellumini heyətinə qatmaqda maraqlıdır.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb.

Məlumata görə, London təmsilçisi 24 yaşlı futbolçunun çıxışını yaxından izləyir və qış transfer pəncərəsində onun transferini reallaşdırmağı nəzərdən keçirir.

Futbolçuya yaxın mənbənin bildirdiyinə görə, Bellumi “Arsenal”ın marağına müsbət yanaşır. İngiltərə və Avropada yüksək hədəflər uğrunda mübarizə aparan kluba keçid onun karyerasında mühüm addım ola bilər.

Qeyd edək ki, Məhəmməd Bəşir Bellumi Əlcəzair millisinin sabiq futbolçusu Laxdar Belluminin oğludur. O, cari mövsümdə “Hall Siti”nin heyətində keçirdiyi 10 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Futbolçunun klubla müqaviləsi 2029-cu ilin iyun ayınadək qüvvədədir. Transfermarkt portalı onun bazar dəyərini 18 milyon avro qiymətləndirir.







Transfer