- Transfer
- 23:57 04.11.2026
“Napoli” “Barselona”nın yarımmüdafiəçisi Qavini heyətinə qatmaqda maraqlıdır.
90deqiqe.Az-ın "Sport.es" nəşrinə istinadən məlumatına görə, İtaliya klubunun idman direktoru Covanni Manna futbolçunun gələcək planlarını öyrənmək üçün artıq onun ətrafı ilə əlaqə saxlayıb.
Neapol təmsilçisi Qavini satınalma hüququ ilə icarəyə götürmək variantını nəzərdən keçirir. Lakin bu transferin reallaşması asan olmayacaq. Belə ki, Kataloniya klubu yarımmüdafiəçi ilə yollarını ayırmaq niyyətində deyil. Qavinin özü də nə qış transfer pəncərəsində, nə də qarşıdakı yayda komandadan ayrılmağı düşünür.
“Barselona”da hesab edirlər ki, iki ciddi zədədən sonra ispaniyalı futbolçu tədricən əvvəlki formasını bərpa edəcək.
Qeyd edək ki, Qavi cari mövsümdə La Liqada dörd oyunda meydana çıxıb, lakin qol və məhsuldar ötürmə ilə yadda qalmayıb. Onun klubla müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Futbolçunun bazar dəyəri 25 milyon avro qiymətləndirilir.