- Transfer
- 22:52 05.11.2026
İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçi postuna mümkün təyinatla bağlı Didye Deşamla əlaqə saxlayıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Santi Auna məlumat yayıb. Onun sözlərinə görə, fransalı mütəxəssis gələcək karyerası ilə bağlı qərar verməyə tələsmir və digər təklifləri də nəzərdən keçirmək niyyətindədir.
Məlumata görə, Deşam ötən yay “Real Madrid”ə rəhbərlik etmək istəyib. Lakin Madrid klubu sonda Joze Mourinyonu seçib.
Kerrikin mümkün əvəzləyiciləri arasında Eddi Hau, Xulian Naqelsmann, Unay Emeri, Antonio Konte və Fabian Hürzeler də yer alıb.
Qeyd edək ki, daha əvvəl mətbuatda “Mançester Yunayted”in yaxın vaxtlarda Maykl Kerriki baş məşqçi vəzifəsindən göndərə biləcəyi barədə məlumatlar yayılıb.