5 noyabr 2026. Cümə axşamı

“Çelsi” Levi Kolvillə yeni müqavilə imzalamaq istəyir


  • Transfer
  • 22:24 05.11.2026
  • Oxunma sayı: 39
“Çelsi” Levi Kolvillə yeni müqavilə imzalamaq istəyir

İngiltərənin “Çelsi” klubu müdafiəçisi Levi Kolvillə müqavilənin müddətini uzatmaq üçün danışıqlara başlamağa hazırlaşır.

90deqiqe.Az xəbər verir ki, bu barədə “TEAMtalk” nəşri məlumat yayıb.

Məlumata görə, London təmsilçisi əsas müdafiəçilərindən biri olan 23 yaşlı futbolçuya yeni müqavilə təklif etməyi planlaşdırır. Bildirilir ki, “Liverpul”un Kolvillə artan marağı fonunda onunla yeni sözləşmənin imzalanması “Çelsi” üçün prioritet məsələyə çevrilib.

İngiltərəli müdafiəçi cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 10 oyunda meydana çıxıb və məhsuldar göstərici ilə yadda qalmayıb.

Qeyd edək ki, Levi Kolvilin “Çelsi” ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 50 milyon avro qiymətləndirir.







Transfer

“Napoli” Qavi ilə maraqlanır
  • Transfer
  • 23:57 04.11.2026
“Napoli” Qavi ilə maraqlanır