- Transfer
- 23:12 05.11.2026
Almaniyanın “Leypsiq” klubunun mərkəz müdafiəçisi Kastello Lukeba karyerasını İspaniyanın “Barselona” komandasında davam etdirmək istəyir.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb.
Məlumata görə, 23 yaşlı futbolçu agentini dəyişib. O, hazırda “Barselona”nın müdafiəçisi Jül Kunde ilə əməkdaşlıq edən eyni agentin xidmətlərindən yararlanır. İddialara əsasən, həmin agent təxminən 10 gün əvvəl Kataloniya klubunun idman direktoru Deku ilə görüşüb.
Bildirilir ki, “Barselona” Lukebanın komandaya qoşulmaq istəyindən xəbərdardır. Müdafiəçi Kataloniya təmsilçisinin transfer siyahısında yer alsa da, onunla bağlı hələlik yekun qərar qəbul edilməyib.
Qeyd edək ki, Kastello Lukeba cari mövsümdə bütün turnirlərdə 11 oyunda meydana çıxıb və məhsuldar göstərici ilə yadda qalmayıb.