5 noyabr 2026. Cümə axşamı

“Flamenqo” “Liverpul”un qapıçısını transfer etmək istəyir


  • Transfer
  • 22:44 05.11.2026
  • Oxunma sayı: 63
“Flamenqo” “Liverpul”un qapıçısını transfer etmək istəyir

İngiltərənin “Liverpul” klubunun braziliyalı qapıçısı Alisson Bekker karyerasını vətənində davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Sport Witness” nəşri məlumat yayıb.

Məlumata görə, Braziliyanın “Flamenqo” klubu gələn ilin yayında 34 yaşlı qapıçının transferini reallaşdırmağı nəzərdən keçirir. Alissonun hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatacağı üçün Braziliya təmsilçisi onu azad agent kimi heyətinə cəlb edə bilər.

Qeyd edək ki, Alisson Bekker 2018-ci ilin yayından “Liverpul”da çıxış edir. Təcrübəli qapıçının transfer dəyəri 15 milyon avro qiymətləndirilir.

Braziliyalı qolkiper İngiltərə çempionatının cari mövsümündə 9 oyunda iştirak edib və qapısında 9 qol görüb.







Transfer

“Napoli” Qavi ilə maraqlanır
  • Transfer
  • 23:57 04.11.2026
“Napoli” Qavi ilə maraqlanır