6 noyabr 2026. Cümə

“Bavariya”, PSJ və “Barselona” “Çelsi”nin futbolçusu ilə maraqlanır


  • Transfer
  • 22:52 05.11.2026
  • Oxunma sayı: 100
“Bavariya”, PSJ və “Barselona” “Çelsi”nin futbolçusu ilə maraqlanır

İngiltərənin “Çelsi” klubunun braziliyalı hücumçusu Estevao Villian bir neçə Avropa nəhənginin diqqət mərkəzinə düşüb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə tanınmış insayder Ekrem Konur sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, 19 yaşlı futbolçu ilə Almaniyanın “Bavariya”, Fransanın PSJ və İspaniyanın “Barselona” klubları maraqlanır. Bildirilir ki, Avropanın aparıcı klubları “Stemford Bric”də çıxış edən istedadlı hücumçunun inkişafını yaxından izləyirlər.

Qeyd edək ki, Estevao Villian 2025-ci ilin yayından “Çelsi”nin formasını geyinir. Tərəflər arasında mövcud müqavilənin müddəti 2033-cü il iyunun 30-dək nəzərdə tutulub.

“Transfermarkt” portalı braziliyalı futbolçunun bazar dəyərini 80 milyon avro qiymətləndirir.







Transfer

“Napoli” Qavi ilə maraqlanır
  • Transfer
  • 23:57 04.11.2026
“Napoli” Qavi ilə maraqlanır