6 noyabr 2026. Cümə

“Milan” Çempionlar Liqasının bombardirini transfer etmək istəyir


  • Transfer
  • 23:12 05.11.2026
  • Oxunma sayı: 60
“Milan” Çempionlar Liqasının bombardirini transfer etmək istəyir

İtaliyanın “Milan” klubu Belçikanın “Brügge” komandasında çıxış edən hücumçu Nikolo Trezoldi ilə maraqlanır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Ekrem Konur sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, “Milan” 22 yaşlı futbolçunu yanvar transfer pəncərəsində heyətinə qatmaq istəyir. Hazırda UEFA Çempionlar Liqasının bombardirləri sırasında yer alan hücumçuya İspaniya, İngiltərə və Almaniya klublarının da maraq göstərdiyi bildirilir.

Nikolo Trezoldi cari mövsümdə Çempionlar Liqasında beş qol vurub.

Qeyd edək ki, almaniyalı futbolçu 2024-cü ilin yayından “Brügge”də çıxış edir. Onun Belçika klubu ilə müqaviləsi 2029-cu il iyunun sonunadək qüvvədədir. “Transfermarkt” portalı hücumçunun bazar dəyərini 35 milyon avro qiymətləndirir.







Transfer

“Napoli” Qavi ilə maraqlanır
  • Transfer
  • 23:57 04.11.2026
“Napoli” Qavi ilə maraqlanır