7 noyabr 2026. Şənbə

Messi “Nyuells Old Boyz”a icarəyə getmək niyyətində deyil


  • Transfer
  • 01:22 07.11.2026
  • Oxunma sayı: 44
Messi “Nyuells Old Boyz”a icarəyə getmək niyyətində deyil

Lionel Messi qısamüddətli icarə əsasında Argentinanın “Nyuells Old Boyz” klubuna keçmək variantını nəzərdən keçirmir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, argentinalı hücumçu 2028-ci ilin dekabrına qədər qüvvədə olan “İnter Mayami” ilə müqaviləsini yerinə yetirmək niyyətindədir.

 “Messinin icarəyə getməsi üçün heç bir şans yoxdur”, – deyə jurnalist bildirib.

Bununla yanaşı, “İnter Mayami”yə yaxın mənbələr argentinalı ulduzun klubla müqaviləsini uzatmaq ehtimalını da istisna etmədiyini iddia edirlər.

Xatırladaq ki, 39 yaşlı futbolçunun gənclik illərində çıxış etdiyi kluba mümkün qayıdışı ilə bağlı daha əvvəl xəbərlər yayılmışdı. Lakin Romanonun bildirdiyinə görə, bu məsələ ilə bağlı heç bir danışıqlar aparılmır.

Qeyd edək ki, Messi sonuncu dəfə “Nyu-İnqlend Revolyuşn”la matçda (2:1) 69-cu dəqiqədə Xerman Berteramaya məhsuldar ötürmə edib, 83-cü dəqiqədə isə qələbə qolunu vurub.

Bu qələbədən sonra “İnter Mayami” Şərq Konfransında ikinci pilləyə yüksəlib və müntəzəm çempionatın başa çatmasına bir tur qalmış “Nyu-İnqlend”i bir xal qabaqlayır. Komanda, həmçinin 2027-ci ildə KONKAKAF Çempionlar Kubokuna birbaşa vəsiqəni təmin edib.







Transfer

“Napoli” Qavi ilə maraqlanır
  • Transfer
  • 23:57 04.11.2026
“Napoli” Qavi ilə maraqlanır