- Transfer
- 21:50 08.11.2026
Hazırda azad agent statusunda olan argentinalı hücumçu Mauro İkardi İtaliya çempionatına qayıda bilər.
90deqiqe.Az-ın məlumatına görə, “Yuventus” 33 yaşlı futbolçunu heyətinə qatmaq variantını ciddi şəkildə nəzərdən keçirir. “Qoca sinyora” hücum xəttini gücləndirmək niyyətindədir.
A Seriyasında “İnter” və “Sampdoriya” formalarını geyinmiş İkardinin son klubu İstanbulun “Qalatasaray”ı olub.
Argentinalı forvard ötən mövsüm Türkiyə Superliqasında 31 oyunda meydana çıxıb. O, 14 qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.