- Transfer
- 15:41 09.11.2026
“Yuventus”un müdafiəçisi Andrea Kambyazo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, “Mançester Yunayted” rəhbərliyi italiyalı futbolçunun çıxışlarını yaxından izləyir.
Daha əvvəl mətbuatda Kambyazo ilə “Barselona”nın da maraqlandığı bildirilmişdi.
26 yaşlı cinah müdafiəçisi 2022-ci ilin yayından “Yuventus”da çıxış edir. Tərəflər arasında mövcud müqavilənin müddəti 2029-cu il iyunun sonunda başa çatır.
Futbolçunun bazar dəyəri 15 milyon avro qiymətləndirilir.