- Transfer
- 15:41 09.11.2026
ABŞ-ın MLS liqasında “Minnesota Yunayted”in formasını geyinən hücumçu Kelvin Yeboa İngiltərə Premyer Liqası klublarının diqqətini cəlb edib.
90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı futbolçu “Everton”, “İpsviç” və “Kristal Pelas”ın maraq dairəsindədir.
Yeboanın “Minnesota” ilə mövcud müqaviləsinin müddəti gələn ilin sonuna qədərdir.
Hücumçu cari MLS mövsümündə 33 oyuna çıxıb, 18 qol vurub və dörd məhsuldar ötürmə edib.
Qeyd edək ki, Kelvin Yeboa Avropada da çıxış təcrübəsinə malikdir. O, karyerası ərzində “Cenoa”, “Auqsburq”, “Monpelye” və bir neçə başqa klubun formasını geyinib.