9 noyabr 2026. Bazar ertəsi

Üç İngiltərə klubu “Barselona”nın 16 yaşlı futbolçusunu istəyir


  • Transfer
  • 15:32 09.11.2026
  • Oxunma sayı: 39
Üç İngiltərə klubu “Barselona”nın 16 yaşlı futbolçusunu istəyir

“Barselona”nın futbolçusu Ebrima Tunkara İngiltərə Premyer Liqasının bir neçə klubunun maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın məlumatına görə, “Aston Villa”, “Brayton” və “Nyukasl” istedadlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. İngiltərə klubları 16 yaşlı futbolçunu karyerasını bu ölkədə davam etdirməyə razı salmağa çalışırlar.

Lakin “Barselona”nın baş məşqçisi Hans-Diter Flik Tunkaranın komandadan ayrılmasına qəti şəkildə qarşıdır. Almaniyalı mütəxəssis gənc oyunçunun Kataloniya klubunda inkişafını davam etdirməsini istəyir.

Ebrima Tunkaranın “Barselona” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Onun transfer dəyəri beş milyon avro qiymətləndirilir.







Transfer