- Transfer
- 15:41 09.11.2026
“Nottingem Forest”in müdafiəçisi Murillo karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
90deqiqe.Az-ın "Football Insider" nəşrinə istinadən məlumatına görə, “qırmızı şeytanlar” 24 yaşlı braziliyalını heyətinə qatmaq niyyətindədir. Lakin transferin qışda deyil, gələn ilin yayında reallaşması nəzərdə tutulur.
Bildirilir ki, “Mançester Yunayted” müdafiə xəttini gücləndirmək məqsədilə uzun müddətdir Murillonun çıxışlarını izləyir. “Nottingem Forest” futbolçusunu satmaq istəmir. Bununla belə, sərfəli təklif klub rəhbərliyinin mövqeyini dəyişə bilər.
Murillo cari mövsümdə bütün turnirlərdə 11 oyuna çıxıb və bir məhsuldar ötürmə edib. “Transfermarkt” portalı müdafiəçinin bazar dəyərini 50 milyon avro qiymətləndirir.