9 noyabr 2026. Bazar ertəsi

“Çelsi” və “İnter” “Aston Villa”nın futbolçusu ilə maraqlanır


  • Transfer
  • 16:00 09.11.2026
  • Oxunma sayı: 40
“Çelsi” və “İnter” “Aston Villa”nın futbolçusu ilə maraqlanır

“Aston Villa”nın dayaq yarımmüdafiəçisi Bubakar Kamara bir neçə klubun maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın "Fussballnews" nəşrinə istinadən məlumatına görə,  26 yaşlı futbolçunun çıxışlarını “Çelsi” və “İnter” izləyir. Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu da fransalı yarımmüdafiəçi ilə maraqlanır.

Bununla belə, “Aston Villa” futbolçusunu komandadan buraxmaq istəmir. Mənbənin məlumatına görə, Kamaranın transferi ilə bağlı hələlik rəsmi danışıqlar aparılmayıb.

Fransalı futbolçu cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 14 matçda iştirak edib və iki məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun bazar dəyərini 50 milyon avro qiymətləndirir.







Transfer