- Transfer
- 19:25 09.11.2026
“Fənərbağça” Françesko Tottinin klub rəhbərliyində vəzifə tutacağı ilə bağlı Türkiyə mətbuatında yayılan xəbərlərə münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi rəsmi açıqlama yayaraq məlumatın həqiqəti əks etdirmədiyini bəyan edib.
“Françesko Tottinin klubumuzun idman strukturunda vəzifə tutacağı ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur”, – deyə açıqlamada bildirilib.
“Fənərbağça” jurnalistləri məlumatları dəqiqləşdirməyə və məsuliyyətli davranmağa çağırıb.
Qeyd edək ki, Türkiyə çempionatında 11 turdan sonra “Fənərbağça” 6-cı pillədə qərarlaşıb.