- Transfer
- 23:44 09.11.2026
“Milan” yarımmüdafiəçisi Yunus Musa ilə müqavilənin müddətini uzatmağı nəzərdən keçirir.
90deqiqe.Az-ın "Goal" nəşrinə istinadən məlumatına görə, 23 yaşlı futbolçunun hazırkı sözləşməsi 2028-ci ilə qədər qüvvədədir.
Klub artıq amerikalı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb. Lakin danışıqlar hələ ilkin mərhələdədir.
Çətin keçən iki mövsümdən sonra futbolçu Ruben Amorimin rəhbərliyi altında yeni şans qazanıb. Mütəxəssis Musanın meydanda böyük iş həcmini və oyunu müdafiədən hücuma keçirmək bacarığını yüksək qiymətləndirir.
Amerikalı futbolçu bir neçə mövqedə çıxış edə bilir. Baş məşqçi onu “Cenoa” ilə görüşdə müdafiənin sol cinahında oynadıb.
Musa cari mövsümdə A Seriyasında 11 matçda 759 dəqiqə, Avropa Liqasında isə üç oyunda 222 dəqiqə meydanda olub.