- Transfer
- 23:44 09.11.2026
“Mançester Yunayted” yanvar transfer pəncərəsi öncəsi “Espanyol”un müdafiəçisi Ömər əl-Hilalini heyətinə qatmağı nəzərdən keçirir.
90deqiqe.Az-ın "FootballTransfers"ə istinadən məlumatına görə, 23 yaşlı futbolçunun nümayəndələri bu həftə İngiltərə klubunun Karrinqtondakı məşq bazasına baş çəkiblər.
Mərakeşli müdafiəçi fiziki gücü və təkbətək mübarizələrdə etibarlı oyunu ilə seçilir. Onun əsas mövqeyi sağ cinah müdafiəçisi olsa da, mərkəz müdafiəçisi və sol cinahda da çıxış edə bilir.
Əl-Hilali 2024-cü ilin avqustundan bəri çempionat oyunlarında cəmi dörd matçı buraxıb. Həmin qarşılaşmaların hamısında diskvalifikasiya səbəbindən meydana çıxa bilməyib.
Futbolçunun “Espanyol”la müqaviləsi 2027-ci ilin iyununda başa çatır. Bu amil “Mançester Yunayted”ə onu daha aşağı qiymətə transfer etmək imkanı yarada bilər. “Transfermarkt” portalı müdafiəçinin bazar dəyərini 15 milyon avro qiymətləndirir.