10 noyabr 2026. Çərşənbə axşamı

Eddi Hau “Mançester Yunayted”də işləmək istəyir


  • Transfer
  • 14:46 10.11.2026
  • Oxunma sayı: 45
Eddi Hau “Mançester Yunayted”də işləmək istəyir

“Nyukasl”ın sabiq baş məşqçisi Eddi Hau “Mançester Yunayted”in sükanı arxasına keçmək istəyir.

90deqiqe.Az-ın "The Sun" nəşrinə istinadən məlumatına görə, mütəxəssisə “Kristal Pelas”ın baş məşqçisi olmaq təklif edilib. Lakin Hau London klubunun təklifini qəbul etməyib.

Mənbənin bildirdiyinə görə, ingiltərəli məşqçi qısa fasilədən sonra yenidən fəaliyyətə başlamağa hazırdır, ancaq daha ciddi təkliflər gözləyir. Hazırda “Mançester Yunayted”in qısa siyahısında yer alan Hau klubdan təklif almağa ümid edir.

İngiltərə Premyer Liqasında 10 turdan sonra “qırmızı şeytanlar” cəmi 8 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıblar.







Transfer