- Transfer
- 14:48 10.11.2026
“Yuventus”un cinah müdafiəçisi Andrea Kambyaso bir neçə Avropa klubunun transfer siyahısına düşüb.
90deqiqe.Az-ın "TuttoJuve" nəşrinə istinadən məlumatına görə, 26 yaşlı futbolçu ilə “Mançester Yunayted” və “Liverpul” maraqlanır. Hər iki klub qış transfer pəncərəsində müdafiəçini “Barselona”nın əlindən almaq üçün mübarizəyə qoşulmağa hazırdır. Kataloniya təmsilçisi Kambyaso üçün 20-25 milyon avro təklif etməyi planlaşdırır.
İtaliyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 10 matçda iştirak edib və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Kambyasonun “Yuventus”la hazırkı müqaviləsi 2029-cu ilin iyununun sonunadək qüvvədədir.