10 noyabr 2026. Çərşənbə axşamı

Simone İnzaqi mövsümün sonunda “Əl-Hilal”dan ayrılacaq


  • Transfer
  • 15:20 10.11.2026
  • Oxunma sayı: 51
Simone İnzaqi mövsümün sonunda “Əl-Hilal”dan ayrılacaq

İtaliyalı mütəxəssis Simone İnzaqi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan ayrılmaq qərarına gəlib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə insayder Nikolo Şkira "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, 50 yaşlı baş məşqçi mövsümün sonunda komandanı tərk edəcək. O, illik 26 milyon avro qazandığı müqaviləni uzatmaq niyyətində deyil. Tərəflər arasındakı hazırkı sözləşmənin müddəti gələn ilin iyununda başa çatır.

Qeyd edək ki, İnzaqi 2025-ci ilin yayında “Əl-Hilal”ın baş məşqçisi təyin olunub.

Səudiyyə Ərəbistanına yollanmazdan əvvəl italiyalı mütəxəssis A Seriyasında çalışıb. O, Roma “Latsio”suna və Milan “İnter”inə rəhbərlik edib.







Transfer