10 noyabr 2026. Çərşənbə axşamı

“Milan” yanvarda üç futbolçu transfer etməyi planlaşdırır


  • Transfer
  • 15:26 10.11.2026
  • Oxunma sayı: 49
“Milan” yanvarda üç futbolçu transfer etməyi planlaşdırır

“Milan” rəhbərliyi yanvar transfer pəncərəsində heyəti gücləndirmək niyyətindədir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə insayder Nikolo Şkira "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, “rossoneri” üç mövqeyə futbolçu transfer etməyi planlaşdırır. Milan təmsilçisi mərkəz müdafiəçisi, sağ cinah müdafiəçisi və hücumçu axtarışındadır.

İtaliya çempionatında 11 turdan sonra “Milan” 24 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Komanda lider “Latsio”dan beş xal geri qalır.

“Milan” A Seriyasının növbəti turunda noyabrın 22-də doğma meydanda “Froz inone” ilə qarşılaşacaq.







Transfer