10 noyabr 2026. Çərşənbə axşamı

“Barselona” “Bavariya”nın müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 15:40 10.11.2026
  • Oxunma sayı: 42
“Barselona” “Bavariya”nın müdafiəçisini transfer etmək istəyir

“Barselona” “Bavariya”nın əsas heyət üzvü Conatan Ta ilə maraqlanır.

90deqiqe.Az-ın "Sky Germany" nəşrinə istinadən məlumatına görə, Kataloniya klubu almaniyalı müdafiəçini gələcəkdə deyil, artıq yanvar transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.

Məlumata görə, “Barselona”nın idman direktoru Deku müdafiə xəttini təcrübəli mərkəz müdafiəçisi ilə gücləndirmək istəyir. Klub rəhbərliyi hesab edir ki, Ta gənc Pau Kubarsi ilə birlikdə müdafiəyə əlavə sabitlik və liderlik keyfiyyətləri gətirə bilər.

Bununla belə, “Bavariya” 2029-cu ilin yayına qədər müqaviləsi olan futbolçu ilə yollarını ayırmaq niyyətində deyil. Nəşrin məlumatına görə, Ta da Münhen klubunda özünü rahat hiss edir və diqqətini tamamilə futbol fəaliyyətinə yönəldib.







Transfer