- Transfer
- 16:00 10.11.2026
“Mançester Yunayted”in baş məşqçi postuna namizədlərindən biri olan Maurisio Poçettinonun ABŞ Futbol Federasiyası ilə müqaviləsində 10 milyon dollarlıq təzminat məbləği nəzərdə tutulub.
90deqiqe.Az-ın "The Athletic" nəşrinə istinadən məlumatına görə, argentinalı mütəxəssisi təyin etmək istəyən İngiltərə klubu bu məbləği ödəməli olacaq.
Mənbənin bildirdiyinə görə, Poçettinonun 10 ildən artıqdır birlikdə çalışdığı köməkçilərini də məşqçilər korpusuna cəlb etmək üçün “Mançester Yunayted” əlavə olaraq bir neçə milyon dollar xərcləməli olacaq.
“Mançester Yunayted” hələlik baş məşqçi Maykl Kerrikin istefasını rəsmən açıqlamayıb. Lakin nəşr bu qərarın yaxın vaxtlarda veriləcəyini bildirir.
İngiltərə Premyer Liqasında mövsümün ilk 10 turundan sonra “qırmızı şeytanlar” cəmi bir qələbə qazanaraq 18-ci pillədə qərarlaşıblar.