- Transfer
- 16:00 10.11.2026
“Yuventus” qış transfer pəncərəsində üç transfer reallaşdırmaq niyyətindədir.
90deqiqe.Az-ın "La Gazzetta dello Sport" nəşrinə istinadən məlumatına görə, Turin təmsilçisi gələn mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq üçün heyətini gücləndirmək istəyir. Klub hücumçu, yarımmüdafiəçi və sol cinah müdafiəçisi transfer etməyi nəzərdən keçirir.
Mənbənin məlumatına əsasən, hücum xətti üçün namizədlər arasında Madrid “Atletiko”sundan Aleksandr Sörlot, “Monako”dan Folarin Baloqun və “Əl-Qadisiyyə”dən Mateo Retegi yer alır.
Sol cinah müdafiəçisi mövqeyinə “Mançester Siti”nin futbolçusu Rayan Ayt-Nurinin transferi nəzərdən keçirilir. Yarımmüdafiə xəttində isə klubun uzun müddətdir maraq göstərdiyi “Marsel”in oyunçusu Pyer-Emil Höybyerq əsas namizədlərdən biri olaraq qalır.