- Transfer
- 18:21 10.11.2026
“Brayton”un qapıçısı Bart Verbrüggen transfer bazarında bir neçə klubun diqqətini çəkib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə insayder Ekrem Konur "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 24 yaşlı qolkiperin çıxışlarını İngiltərə Premyer Liqasının bir neçə aparıcı klubu izləyir. Bunlar “Liverpul”, “Mançester Yunayted” və “Çelsi”dir. Niderlandlı futbolçu adıçəkilən klubların uzunmüddətli planlarında nəzərdən keçirilən əsas namizədlərdən biridir.
Niderland millisinin üzvü 2023-cü ilin iyulundan “Brayton”da çıxış edir. Onun klubla müqaviləsi 2028-ci il iyunun sonunadək qüvvədədir.
Transfermarkt portalı qapıçının bazar dəyərini 40 milyon avro qiymətləndirir.