10 noyabr 2026. Çərşənbə axşamı

“Aston Villa” “Çelsi”nin yarımmüdafiəçisi ilə maraqlanır


  • Transfer
  • 17:50 10.11.2026
  • Oxunma sayı: 56
“Aston Villa” “Çelsi”nin yarımmüdafiəçisi ilə maraqlanır

“Çelsi” klubunun yarımmüdafiəçisi Romeo Laviya karyerasını İngiltərə Premyer Liqasının başqa komandasında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə insayder Ekrem Konur "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, 22 yaşlı futbolçu Birmingem təmsilçisi “Aston Villa”nın maraq dairəsindədir. Belçikalı yarımmüdafiəçinin transfer dəyəri 25 milyon avro qiymətləndirilir. Laviyanın “Çelsi” ilə müqaviləsi 2030-cu il iyunun sonunadək qüvvədədir.

O, cari mövsüm İngiltərə Premyer Liqasında 8 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.







Transfer