- Transfer
- 18:21 10.11.2026
“Çelsi” heyətini gücləndirmək üçün bir sıra variantları nəzərdən keçirir.
90deqiqe.Az-ın "The Independent" nəşrinə istinadən məlumatına görə, London klubu “Real” və “Atletiko” ilə “Arsenal”ın yarımmüdafiəçisi Martin Subimendinin transferi uğrunda mübarizə aparmağa hazırdır.
Mikel Artetanın komandasında 27 yaşlı futbolçunun rolunun nəzərəçarpacaq dərəcədə azalması onun qış transfer pəncərəsində “Arsenal”dan ayrılmasına səbəb ola bilər.
Mənbənin məlumatına əsasən, “Arsenal” Subimendini 70 milyon avroluq transfer xərcini kompensasiya etmədən buraxmaq niyyətində deyil.
Qeyd edək ki, Subimendi yayda İspaniya millisinin heyətində dünya çempionu olub.