11 noyabr 2026. Çərşənbə

“Sportinq” “Real”ın hücumçusunu transfer etmək istəyir


  • Transfer
  • 00:24 11.11.2026
  • Oxunma sayı: 48
“Sportinq” “Real”ın hücumçusunu transfer etmək istəyir

“Real”ın hücumçusu Endrik Madrid klubunda oynamaq arzusundan vaz keçməyib.

90deqiqe.Az-ın "AS" nəşrinə istinadən məlumatına görə, braziliyalı futbolçu karyerasında irəliləmək üçün mütəmadi olaraq meydana çıxmasının vacib olduğunu düşünür.

20 yaşlı hücumçu “Lion”dakı əvvəlki təcrübəsinə bənzər variant axtarır. O, yeni klubunda müntəzəm oyun praktikası qazanmaq, avrokuboklarda çıxış etmək və inkişafını davam etdirmək istəyir.

Endrik üçün ən uyğun variantlardan biri Lissabonun “Sportinq” klubu hesab olunur. Portuqaliya təmsilçisinə bu yaxınlarda braziliyalı futbolçunun ötən mövsümün ikinci yarısında “Lion”da birlikdə çalışdığı Paulo Fonseka rəhbərlik etməyə başlayıb.

“Sportinq” Endrikin ehtiyac duyduğu şəraiti təklif edə bilər. Komandanın Çempionlar Liqasında çıxış etməsi və növbəti mərhələyə yüksəlmək şansının yüksək olması da bu variantı cəlbedici edir. Bundan başqa, Portuqaliyada dil baryerinin olmaması braziliyalı futbolçunun uyğunlaşmasını asanlaşdıra bilər.

Endrik hələ yekun qərarını verməyib və hazırda bütün variantları nəzərdən keçirir. Braziliyalı futbolçu “Real”ın gələcəkdə onu geri qaytarmaq hüququnu saxlaması şərtilə başqa kluba birdəfəlik transfer olunmasını da istisna etmir.

Qeyd edək ki, Transfermarkt portalı Endrikin transfer dəyərini 40 milyon avro qiymətləndirir. Futbolçuya maraq göstərən klublar arasında İtaliyanın “Roma” komandası da var.







Transfer