- Transfer
- 00:44 11.11.2026
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik klub rəhbərliyindən Conatan Tanın mümkün transferi ilə bağlı vəziyyəti araşdırmağı xahiş edib.
90deqiqe.Az-ın “El Nacional” nəşrinə istinadən məlumatına görə,“Bavariya”nın müdafiəçisi alman mütəxəssisin komandada görmək istədiyi futbolçu profilinə uyğun gəlir.
Münhen təmsilçisi 30 yaşlı futbolçunun transferi ilə bağlı ciddi şərtlər irəli sürüb. Belə ki, “Bavariya” Tanın “Barselona”ya keçidini yalnız əvəzində Dani Olmo və ya Mark Bernalın komandaya qoşulacağı təqdirdə müzakirə etməyə hazırdır.
Kataloniya klubu isə hər iki futbolçusuna yüksək qiymət verir və onlardan hər hansı birini satmağa çətin ki, razı olsun.
Qeyd edək ki, Transfermarkt portalı Conatan Tanın bazar dəyərini 28 milyon avro qiymətləndirir.