- Transfer
- 00:44 11.11.2026
Markus Kryoşenin “Milan”ın idman direktoru vəzifəsinə təyinatı ilə bağlı rəsmi açıqlama gözlənildiyi bir vaxtda, İtaliya klubu artıq qarşıdakı transfer pəncərələrinə hazırlıq işlərinə başlayıb.
90deqiqe.Az-ın “Calciomercato.com” nəşrinə istinadən məlumatına görə, “rossoneri” “Napoli”də müəyyən fikir ayrılıqları yaşadığı bildirilən şotlandiyalı yarımmüdafiəçi Skott Maktomineyi heyətinə qatmaq istəyir.
“Milan” futbolçunun transferini hədəfləyib. Maktomineyin “Napoli” ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Bununla belə, tərəflər arasında sözləşmənin uzadılması ilə bağlı danışıqlar hazırda dalana dirənib.
“Qırmızı-qaralar” bu transferdə Madrid “Real”ının rəqabətini də nəzərə almalıdır. İspaniya klubu da “Mançester Yunayted”in sabiq futbolçusunun ətrafında baş verənləri yaxından izləyir.