12 noyabr 2026. Cümə axşamı

“Real”ın hücumçusu bu iki klubdan heç birinə keçməyəcək


  • Transfer
  • 22:35 11.11.2026
  • Oxunma sayı: 48
“Real”ın hücumçusu bu iki klubdan heç birinə keçməyəcək

Braziliyalı hücumçu Endrik qış transfer pəncərəsində “Real”ı tərk edə bilər.

90deqiqe.Az-ın “The Athletic” nəşrinə istinadən məlumatına görə, 20 yaşlı futbolçunun daha çox oyun vaxtı qazanmaq istəyi bu ehtimalı gündəmə gətirib.  Endrikin xidmətində bir sıra klublarla yanaşı o cümlədən “Arsenal” və “Sportinq” klublarıda maraqlıdır.

Lakin braziliyalı futbolçu bu klublardan heç birinə transfer olunmayacaq.

“Endrikin “Sportinq”ə və ya “Arsenal”a mümkün keçidi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Bu, vəziyyətlə tanış olan bir neçə mənbə tərəfindən təsdiqlənib”, – deyə nəşrin yazısında bildirilib.

Qeyd edək ki, Transfermarkt portalı Endrikin bazar dəyərini 40 milyon avro qiymətləndirir.







Transfer