12 noyabr 2026. Cümə axşamı

PSJ Qreqor Kobel üçün hərəkətə keçib


  • Transfer
  • 23:19 11.11.2026
  • Oxunma sayı: 54
PSJ Qreqor Kobel üçün hərəkətə keçib

PSJ yeni qapıçı transfer etməyi planlaşdırır.

90deqiqe.Az-ın “Bild”ə istinadən məlumatına görə, Paris klubu Dortmund “Borussiya”sının qapıçısı Qreqor Kobellə maraqlanır.

Mənbənin bildirdiyinə görə, PSJ rəhbərliyi son həftələrdə həm 28 yaşlı qolkiperin özü, həm də onun yaxın ətrafı ilə bir neçə mərhələdə danışıqlar aparıb. Paris təmsilçisi transferin maliyyə və təşkilati baxımdan mümkünlüyünü qiymətləndirir.

Luka Şevalyenin oyun praktikasının azlığı səbəbindən klubu tərk edə biləcəyi bildirilir. Bu transfer baş tutarsa, Rusiya millisinin üzvü Matvey Safarova bir rəqibi olacaq.

“Transfermarkt” portalı Qreqor Kobelin transfer dəyərini 40 milyon avro olaraq qiymətləndirir.







Transfer