- Transfer
- 23:39 11.11.2026
“Mançester Yunayted” heyətini gücləndirmək üçün transfer planları qurur.
90deqiqe.Az-ın “Daily Mail”ə istinadən məlumatına görə, “qırmızı şeytanlar”ın düşərgəsindəki mənbələr gələn yay klubun transfer hədəflərindən birinin Orelyen Tçuameni ola biləcəyi barədə xəbərləri təkzib etmirlər.
“Real” isə yayda yeni yarımmüdafiəçi transfer etməyi planlaşdırır. Bu halda komandadan ayrılacaq futbolçu Tçuameni və ya Eduardo Kamavinqa ola bilər.
26 yaşlı Tçuameninin transfer dəyəri “Transfermarkt” portalı tərəfindən 70 milyon avro qiymətləndirilir. Yarımmüdafiəçinin Madrid klubu ilə müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir.
Fransalı futbolçu “Real”ın heyətində 205 oyuna çıxıb, 7 qol vurub və 9 məhsuldar ötürmə verib.