- Transfer
- 23:39 11.11.2026
“Liverpul” “Monako”nun yarımmüdafiəçisi Lamin Kamaranı yanvar ayında transfer etməyi planlaşdırır.
90deqiqe.Az-ın “Daily Mail”ə istinadən məlumatına görə, Mersisayd təmsilçisi 22 yaşlı futbolçu ilə artıq razılıq əldə olunub.
Mersisayd klubunun seneqallı yarımmüdafiəçiyə marağı Dominik Soboslainin və Rayan Qravenberxin zədələnməsindən sonra daha da artıb. 19 yaşlı Trey Nyoninin isə hələ kifayət qədər təcrübəsi yoxdur.
Kamara daha əvvəl “Çelsi”yə keçməyə yaxın idi. London klubu “Monako” ilə 55 milyon avroluq transfer barədə razılığa gəlmiş, futbolçuya altıillik müqavilə təklif etmişdi. Lakin anlaşma yay transfer pəncərəsinin sonuncu günündə baş tutmamışdı.
Yayda baş tutmayan transferdən sonra “Monako” Kamarının qiymətini 70 milyon avroya qaldırıb. “Liverpul” bu məbləği ödəməyə hazırdır.