13 noyabr 2026. Cümə

Mbappe və Konate Oliseni “Real”a keçməyə razı salmağa çalışırlar


  • Transfer
  • 20:50 12.11.2026
  • Oxunma sayı: 56
Mbappe və Konate Oliseni “Real”a keçməyə razı salmağa çalışırlar

Madrid “Real”ının fransalı futbolçuları Kilian Mbappe və İbrahim Konate “Bavariya”nın cinah hücumçusu Maykl Oliseni “kral klubu”na keçməyə razı salmağa çalışırlar.

 90deqiqe.Az xəbər verir ki, bu barədə Fransanın “L’Équipe” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, “Real” rəhbərliyi 24 yaşlı hücumçunun transferində maraqlı olmaqda davam edir. Fransa millisinin hazırkı toplanışı zamanı Mbappe və Konate Oliseyə Madriddəki klub həyatı, eləcə də Joze Mourinyonun rəhbərliyi altında həyata keçirilən layihənin imkanları və perspektivləri barədə ətraflı məlumat verirlər.

Bununla belə, “Bavariya” rəhbərliyi komandanın aparıcı futbolçularından birini buraxmaq niyyətində deyil. Münhen klubu yaxın günlərdə cinah oyunçusunun nümayəndələri ilə müqavilənin daha sərfəli şərtlərlə uzadılması üçün rəsmi danışıqlara başlayacaq.

Tərəflər razılığa gələ bilməsələr, Olisenin 2027-ci ilin yayında transfer olunması real variant olaraq qalır.







Transfer