13 noyabr 2026. Cümə

“Barselona” Ter Ştegenin qayıtmasını istəmir


  • Transfer
  • 20:57 12.11.2026
  • Oxunma sayı: 55
“Barselona” Ter Ştegenin qayıtmasını istəmir

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen yenidən Kataloniya klubuna qayıtmaq istəyir.

90deqiqe.Az xəbər verir ki, komandanın baş məşqçisi Hans-Diter Flik və idman direktoru Deko almaniyalı futbolçunun klubda qalmasının əleyhinədirlər. 

Flik və Deko Ter Ştegenin “Barselona”ya qayıtmasını istəmir və onun klubdan birdəfəlik ayrılmasını planlaşdırırlar.

Ter Ştegen artıq iki dəfə öz istəyinin əksinə olaraq “Barselona”dan ayrılmalı olub. Kataloniya təmsilçisində əsas heyətə düşmək şansının azaldığını görən qapıçı ötən ilin qışında “Jirona”ya, yayda isə “Ayaks”a keçib.

Hazırda Niderland klubunda çıxış edən 34 yaşlı qolkiper Almaniya millisinin əsas qapıçısıdır.

 Qeyd edək ki, almaniyalı qapıçının Kataloniya klubu ilə müqaviləsi 2028-ci ilin ortalarına qədər







Transfer