- Transfer
- 22:45 12.11.2026
PSJ heyətini gücləndirmək üçün transfer bazarında axtarışlarını davam etdirir.
90deqiqe.Az xəbər verir ki, Paris klubu “Real”ın yarımmüdafiəçisi Arda Güləri heyətinə qatmaq istəyir. Bu barədə “El Nacional” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Çempionlar Liqasının son qalibi türkiyəli futbolçuya illik 15 milyon avro maaş təklif etməyə hazırdır. Bu məbləğ Gülərin hazırda “Real”da qazandığı maaşdan üç dəfə çoxdur.
21 yaşlı yarımmüdafiəçinin Madrid klubu ilə müqaviləsi 2028/2029 mövsümünün sonunadək qüvvədədir.
Qeyd edək ki, “Transfermarkt” portalı Arda Gülərin bazar dəyərini 100 milyon avro qiymətləndirir.