13 noyabr 2026. Cümə

Unai Emeri şahzadə Uilyamla münasibətlərindən danışıb


  • Transfer
  • 22:35 12.11.2026
  • Oxunma sayı: 40
Unai Emeri şahzadə Uilyamla münasibətlərindən danışıb

“Aston Villa”nın baş məşqçisi Unay Emeri komandanın oyunlarını və məşqlərini mütəmadi izləyən şahzadə Uilyamla münasibətlərindən danışıb.

90deqiqe.Az xəbər verir ki, ispaniyalı mütəxəssis "Country Life" nəşrinə müsahibəsində Britaniya taxt-tacının varisinin klubun fəaliyyəti ilə yaxından maraqlandığını bildirib.

“Transfer pəncərəsi zamanı o, hər gün məndən komandanın vəziyyətini soruşur: “İşlər necədir? Sən necəsən? Bu və ya digər futbolçudan necə istifadə edəcəyik? Necə oynayacağıq?” O, hər zaman bizə bu qədər yaxındır və biz bunu çox yüksək qiymətləndiririk”

Baş məşqçi şahzadə Uilyamın şəxsi keyfiyyətlərindən də söz açaraq onun təvazökarlığını xüsusi vurğulayıb.

“O, bizimlə olanda möhtəşəm insandır. Birlikdə nahar etmişik, məşqləri izləyib, futbolla bağlı hər şey haqqında söhbət etmişik. O, inanılmaz dərəcədə təvazökardır və bunu heç vaxt unuda bilmirəm. Bu, mənə qeyri-adi görünür. O, bizim rəhbərimizdir, amma özünü həmişə başqalarından üstün tutmamağa çalışır və burada gördüyümüz bütün işlərə böyük hörmətlə yanaşır”, – deyə Emeri qeyd edib.

Xatırladaq ki, şahzadə Uilyam daha əvvəl niyə “Aston Villa” azarkeşi olduğunu da açıqlamışdı. Onun sözlərinə görə, İngiltərənin “böyük altılıq” adlandırılan klublarından birini dəstəkləmək istəməyib.







Transfer