- Transfer
- 23:40 13.11.2026
İtaliyanın “Napoli” və “Yuventus” klubları “Sportinq” komandasında çıxış edən yarımmüdafiəçi İssa Dumbiya ilə maraqlanırlar.
90deqiqe.Az-ın “Calciomercato”ya istinadən məlumatına görə, futbolçunun agenti İtaliya klubları ilə təmasların olduğunu təsdiqləyib. Bununla belə, müqavilədə nəzərdə tutulan sərbəstqalma məbləği mümkün transferi çətinləşdirə bilər.
Futbolçunun agenti Şeyx Sadibu “Stile TV”yə açıqlamasında bildirib ki, “Napoli”dən onunla əlaqə saxlayıblar. Agent, həmçinin “Yuventus”un idman direktoru Covanni Mannanın Dumbiya ilə hələ əvvəlki iş dönəmindən maraqlandığını qeyd edib:
“Onun inkişafı həm klubda, həm də millidə çox yaxşı gedir. Millidə Roberto Mançinin ona etimad göstərdiyi açıq-aydındır. “Napoli”dən mənə zəng etdilər, amma bu, Mannayla ilk söhbətim deyil. O, “Yuventus”un əvəzedici komandasının idman direktoru işlədiyi vaxtda da Dumbiyanı transfer etmək istəyirdi. Lakin söhbətlər qeyri-rəsmi müstəvini aşmamışdı və heç bir təklif irəli sürülməmişdi”.
Bu məbləğ İtaliya klubları üçün yüksək hesab olunur. “Napoli” əvvəlcə futbolçunu keçidə razı salmağı, daha sonra isə “Sportinq”lə danışıqlara başlayaraq transfer qiymətini ən azı iki dəfə aşağı salmağı planlaşdırır. “Yuventus” da oxşar strategiyanı nəzərdən keçirir.
2003-cü il təvəllüdlü İssa Dumbiya ötən yay “Venesiyadan” 23 milyon avro və bonuslar müqabilində “Sportinq”ə keçib. O, cari mövsümdə Portuqaliya çempionatında, UEFA Çempionlar Liqasında və İtaliya millisində çıxışı ilə diqqət çəkir.
Qeyd edək ki, Dumbiyanın “Sportinq”lə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. Futbolçunun sərbəstqalma məbləği 80 milyon avro təşkil edir.