13 noyabr 2026. Cümə

“Milan” Vircil van Deyki transfer etmək istəyir


  • Transfer
  • 22:54 13.11.2026
  • Oxunma sayı: 38
“Milan” Vircil van Deyki transfer etmək istəyir

İtaliyanın “Milan” klubu “Liverpul”un müdafiəçisi Vircil van Deykin gələcəyi ilə bağlı vəziyyəti yaxından izləyir.

90deqiqe.Az-ın “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, İngiltərə klubu ilə müqaviləsinin müddəti başa çatmaq üzrə olan niderlandlı futbolçu tərəflər yeni sözləşmə barədə razılığa gəlməsə, komandadan azad agent kimi ayrıla bilər.

Mənbənin bildirdiyinə görə, “rossoneri”nin futbolçuya marağı uzun müddətdir davam edir. Klubun sahibi Cerri Kardinale və baş məsləhətçisi Zlatan İbrahimoviç van Deykin liderlik keyfiyyətlərini və oyun ustalığını yüksək qiymətləndirirlər.

Bununla belə, “Milan”ın transfer uğrunda rəqabətdə Səudiyyə Ərəbistanı və Türkiyə klubları ilə mübarizə aparmalı olacağı bildirilir. Bu komandalar arasında “Fənərbağça” və “Qalatasaray”ın da adı çəkilir.

İtaliya nəşrinin məlumatına əsasən, van Deyk karyerasının son mərhələsində daha bir yüksək məbləğli müqavilə imzalamaq istəsə, “Milan”ın onu transfer etmək şansı azalacaq.







Transfer